Gürcüstanın cari ildə idxal edəcəyi təbii qazın 2 milyard 338 milyon kub metri və yaxud 91,2%-i Azərbaycanın payına düşəcək.
Fins.az verir ki, bu göstərici ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin 2020-ci il üzrə təbii qazın yenilənmiş idxal proqnozunda əks olunub.
Öncəki proqnoza görə, Gürcüstan Azərbaycandan 2 milyard 347,59 milyon kub metr təbii qaz tədarük etməyi nəzərdə tuturdu.
Azərbaycandan bu il idxal olunacaq həcmin 1 milyard 453 milyon kub metri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 884,29 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşəcək.
Sənəddə qonşu ölkənin bu il, ümumilikdə, 2 milyard 562 milyon kub metr təbii qaz tədarük edəcəyi qeyd olunub.
Gürcüstan Rusiyadan isə 200 milyon kub metr təbii qaz alacaq. Bu həcm qonşu ölkənin ümumi qaz tədarükünün 7,8%-nə bərabər olacaq.
© Report