SƏNAYE

24 İyun

AÇG və "Şahdəniz"dən indiyədək 537 mln. tondan çox neft çıxarılıb

İstismara veriləndən cari ilin iyunun 1-dək "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan və "Şahdəniz" qaz-kondensat yatağından 537 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb 

Məlumata görə, sözügedən dövrdə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan və "Şahdəniz" qaz-kondensat yatağından  yataqlardan 295,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata əsasən, dövr ərzində bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə) və 82,6 mlrd. kubmetr qaz ixraca nəql olunub.