İran Prezidenti Həsən Ruhani, ölkənin cənubuna döşənilən 1000 kilometrlik yeni neft boru xətti sayəsində artıq neft ixracatı üçün Hörmüz Boğazından asılı olmadıqlarını bildirib.
Fins.az xəbər verir ki, Ruhani, yerli istehsalın təşviq edilməsi və artırılması üçün təşkil edilən tədbirə qatılıb.
Ruhani burada etdiyi çıxışında, ölkənin cənubunda Bəsrə Körfəzi sahilində olan neft bölgəsi ilə Oman Dənizi sahilindəki Cask Limanı arasında 1000 kilometr uzunluğunda bir neft boru xətti çəkdiklərini bildirərək, "Neft ixracatımız artıq Hörmüz Boğazına göbəkdən bağlı deyil. İran tarixində ilk dəfə belə bir proyekt reallaşdırılır" deyib.
İqtisadi artımın neft olmadan da 1,1% reallaşdığını vurğulayan Ruhani, "Neftə sanksiya tətbiq olunur yoxsa Neft Nazirliyimiz gündəlik 3 milyon barel ixrac edəcək gücə malikdir" deyib.