Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 4 876 min ABŞ dolları dəyərində 95 967,5 ton sement idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirib.
Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə sement idxalı dəyər baxımından 3 857,9 min dollar və ya 44,1%, həcm baxımından isə 59 194,9 ton və ya 38,1% azdır.
Xatırladaq ki, Gürcüstan 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycandan 155 162.4 ton sement idxal edib ki, bunun da ümumi dəyəri 8733.9 min dollar təşkil edib.
© APA