SƏNAYE

23 İyun

Özbəkistan bu sahədə əməkdaşlıqla bağlı Azərbaycana müraciət edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

Fins.az AZPROMO-ya istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Dövlət Müdafiə Sənayesi Komitəsi Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Komitə bu ölkədə istehsal edilən bədən hərarətinin ölçülməsi və dezinfeksiya üzrə daşına bilən intellektual sistemin satışı ilə əlaqədar əməkdaşlıq təklif edir.