SƏNAYE

21 İyun

Bu kəmərə qarşı sanksiyalar qanunsuzdur - Rusiya

Şimal axını-2 qaz kəmərinə qarşı sanksiyalar və onların sərtləşdirilməsi tamamilə qanunsuzdur.

Bunu Rusiya Energetika naziri Aleksandr Novak deyib.

“Bu boru kəməri kommersiya layihəsidir və ilk növbədə Avropaya, onun enerji təhlükəsizliyinə xidmət edir. Bu, rəqabətə imkan verir. Belə ki, nə qədər çox tədarük marşrutu olsa, bir o qədər yaxşıdır. Şimal axını-2-yə qarşı sanksiyalar qanunsuzdur və tamamilə qeyri-adekvatdır”, – deyə o bildirib