SƏNAYE

19 İyun

Bu ölkə neft istehsalında və istehlakında liderdir

ABŞ keçən il dünyada neft istehsalı və istehlakında ilk yerini qoruyub.

Fins.az xəbər verir ki,"BP 2020 Dünya Enerji Statistikası" ndan təqdim edilən məlumata görə, qlobal neft hasilatı əvvəlki ilə nisbətən 0,1 faiz azalaraq gündəlik orta hesabla 95 milyon 192 min barelə çatıb

Ötən il dünyadakı neftin 17,9 faizi ABŞ-da istehsal edilib. Beləliklə, ABŞ ardıcıl 6 il ərzində dünyada ən çox neft istehsal edən ölkə olub.

ABŞ-da neft hasilatı, 2019-cu ildə bir əvvəlki ilə görə 11% artımla gündə 17 milyon 45 min barrelə çatıb. 2018-ci ildə ölkədə neft hasilatı gündə 15 milyon 360 min barrel səviyyəsində idi.

Müəllif:Aynur Qəniyeva