SƏNAYE

18 İyun

Azərbaycan Rusiyaya homopolimer ixracını artırıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilenin homopolimer (HOMO) çeşidi Rusiyanın bu növ məhsul idxalında ilk sıradadır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprel ayında Rusiyanın polipropilen idxalında “SOCAR Polymer”in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib.

Qeyd edək ki, “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsalını həyata keçirir ki, istehsalın da 75%-dən artıq hissəsi ixrac üçün nəzərdə tutulur.