SƏNAYE

09 İyun

Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərin 100% yerinə yetirilməsinə yönəlib

Energetika Nazirliyi OPEC+ sazişi çərçivəsində Azərbaycanda neft hasilatının azaldılması üzrə may ayının göstəricilərindən məmnundur. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

“May ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanda neft hasilatının azaldılması üzrə öhdəlikləri icrası 98%, yəni 100%-ə yaxın təşkil edib. Bu çox yaxşı göstəricidir. Bütövlükdə, bir dəfəyə bu cür azalmaya nail olmaq böyük nailiyyətdir. OPEC+ çərçivəsində öhdəliklərimizin 100% yerinə yetirilməsi üçün bizə gündəlik cəmi 3 min barrel kifayət etməyib”, - Əliyeva bildirib.

İyunda saziş üzrə öhdəliklərin icrasından söz açan nazirin müşaviri vurğulayıb ki, Azərbaycan OPEC+ sazişinin 100% yerinə yetirilməsinə yönəlib