SƏNAYE

08 İyun

OPEC+ sazişi 2022-ci ilin sonunadək uzadıla bilər

OPEC+ ölkələri neft bazarında tələbin artması ilə bağlı müsbət siqnallar müşahidə edir.

“İnterfax” agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Energetika naziri Əbduləziz bin Salman rusiyalı həmkarı ilə onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, OPEC+ ölkələri bazardakı vəziyyətlə bağlı izləmədədir.

Nazir 2021-ci ilin dekabr ayında sazişin 2022-ci ilin sonuna qədər uzadılması barədə qərar verə bilər.

Qeyd edək ki, iyunun 6-da OPEC+ ölkələri nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu. 

(c)“Report”