SƏNAYE

08 İyun

BP işçilərinin sayını 15% azaldacaq

İngilis neft şirkəti, bu ilin sonuna qədər koronavirus səbəbiylə əməyi 15 faiz azaldacağını elan edib.

Bildirilir ki, İngiltərədə yerləşən enerji şirkəti BP Plc Koronavirus pandemiyası səbəbindən bu il işçi qüvvəsini 15 faiz azaltmağı planlaşdırır.

Reuters-in mənbəyinə görə, işdən azad edilməsi planı şirkətin bərpa olunan enerjiyə keçid üçün geniş səylərinin bir hissəsidir.

BP şirkətinin baş direktoru Bernard Luni işçilərinə işçi qüvvəsini 10 min nəfər azaltmağı planlaşdırdığını deyib. Bu barədə məlumatı şirkətin sözçüsü Reuters-ə şərh verməkdən imtina edib.

Müəllif:Aynur Qəniyeva