SƏNAYE

08 İyun

“Azərişıq” elektron sayğacların və smart-kartların alınmasına 2mln manat yönəldəcək

“Azərişıq” ASC 1 fazalı elektron sayğacların və smart-kartların alınmasına təxminən 2 milyon manat yönəldəcək.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “Meqaplyus” firması ilə 1 milyon 999 min 462,8 manat (cari məzənnə ilə $1,17 milyon) dəyərində müqavilə bağlayıb.

Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir