SƏNAYE

07 İyun

OPEC+ ölkələri neft hasilatının azaldılmasını iyulun sonunadək təsdiq ediblər

OPEC+ ölkələrinin nazirləri şənbə günü keçirilən iclasın yekunları üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılmasına dair cari kvotanın iyulun sonunadək uzadılmasına dair razılığa gəliblər. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

“OPEC və qeyri-OPEC ölkələri gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılmasına dair cari kvotanın daha bir ay, yəni iyulun sonunadək uzadılmasına dair razılığa gəliblər. OPEC+ sazişi üzrə may-iyun ayları ərzində öhdəliklərini yerinə yetirməyən ölkələr iyul, avqust və sentyabr aylarının göstəriciləri hesabına hasilatı kompensasiya etməyə razılaşdılar”, - Əliyeva bildirib.

Onun sözlərinə görə, iyulda OPEC ölkələri tərəfindən gündəlik neft hasilatı 6,084 milyon barrel, qeyri-OPEC ölkələri tərəfindən – 3,616 milyon barrel azaldılacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman kvotadan əlavə hasilatı iyunda gündəlik 1,2 milyon barrel azaldacaqlar