SƏNAYE

05 İyun

Bərk Məişət Tullantılarının Yandırılması Zavodunu bu şirkət audit edəcək

“Audit Consulting 17” şirkəti “Təmiz Şəhər” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini həyata keçirəcək. Bu barədə  İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb

“Audit Consulting 17” “Təmiz Şəhər” və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun maliyyə-təsərrüfat fəaliyyətinin auditoru seçilib”, - nazirlikdən qeyd ediblər.

Müqavilənin dəyəri 17 min manat təşkil edir.

Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında 500 min manat nizamnamə kapitalı ilə “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb.