SƏNAYE

04 May

Bakıda 20 manat kapitalı olan şirkətə 3 milyon manatlıq sifariş verildi

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımi mal-materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına da bildilir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.

Qalib şirkətə 2,99 milyon manat ödəniləcək.

Qeyd edək ki, “İnterkabel” firması 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manatdır.

(c)report