SƏNAYE

04 May

“AzerGold” Tülallar sahəsi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlayır

Dövlətə məxsus “AzerGold” QSC Tülallar yatağının layihə- smeta sənədlərini hazırlamaq üçün “Himmen Construction” MMC-ni seçib.

Fins.az xəbər verir ki, “AzerGold” "Himmen Construction" MMC ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 992 min manatdır.

“AzerGold”un mətbuat xidmətindən Turan-a bildirilib ki, "Himmen İnşaat" MMC-nin vəzifəsi Tülallar saziş sahəsi üzrə ümumi ərazinin "topplanlarının", eskiz layihənin, ümumi ərazinin baş planının, inzibati ərazi üzrə işçi layihənin və s hazırlamaqdır. Buraya Tülallar sahəsinin sahədaxili və sahəxarici yol infrastrukturunun qurulması, Çovdar Filiz Emalı Sahəsinə gedən alternativ yolların genişləndirilməsi xidmətləri də daxildir.