SƏNAYE

04 May

Dövlət Neft Fonduunun Şahdəniz yatağı üzrə kondensatın satışından gəliri-MƏBLƏĞ

Azərbaycan Dövlət Neft Fondu Şahdəniz yatağı üzrə kondensatın satışından gəlirlərinin miqdarını açıqlayıb 

Fins.az xəbər verir ki,2020-ci ilin yanvar may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu Şahdəniz yatağı üzrə kondensatın satışından 112 mln. ABŞ dolları gəlir əldə edib.

Qeyd edək ki, “2020-ci ilin I rübündə ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $1 milyard 671 milyon (2019-cu ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə azalma 25,5% - İF) gəlir əldə edib. O cümlədən, hesabat dövründə “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından fonda $100 milyon məbləğində gəlir (artım 9,9%) daxil olub”, - deyə məlumatda bildirilir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Müəllif:Aynur Qəniyeva