SƏNAYE

04 May

Dövlət Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli” layihəsindən nə qədər gəlir götürüb-MƏBLƏĞ

Azərbaycan Dövlət Neft Fondu Azəri çıraq Günəşli yatağından gəlirlərinin miqdarını açıqlayıb 

Fins.az xəbər verir ki,2020-ci ilin yanvar may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu   1 983 mln. ABŞ dolları gəlir əldə edib

Qeyd edək ki, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

Müəllif:Aynur Qəniyeva