SƏNAYE

01 May

“Gazprom Neft”in rəhbəri: "Neft tədricən bahalaşacaq"

OPEC+ formatı çərçivəsində hasilatı azaltmağa dair razılaşma əldə edildikdən sonra bazarda tələbatın getdikcə bərpa olması ilə əlaqədar neftin qiyməti yayda 30 ABŞ dolları həddini üstələyə bilər, amma neftin kəskin bahalaşmasını gözləmək lazım deyil.

TASS-a xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom Neft” dövlət neft-qaz şirkətinin rəhbəri Aleksandr Dyukov bildirib.

O, ilin sonunda neftin qiymətlərinin 40 dollar/barel həddinə yaxınlaşacağını istisna etməyib.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

(c)report