SƏNAYE

30 Aprel

Bu ölkə 18 ildə ilk dəfə neft hasilatını azaltdı

Norveç 2020-ci ilin iyunundan dekabrına qədər neft hasilatını azaltmaq barədə qərar qəbul edib.

Bunu Norveçin Neft naziri Tina Bru deyib. O, 2020-ci ilin iyununda hasilatın sutkalıq 250 min barrel azaldılacağını, növbəti müddətdə isə sutkalıq daha 134 min barrel azalmanın olacağını bildirib. Bununla bərabər bir neçə layihənin 2021-ci ilə qədər gerçəkləşdirilməsinin dayandırılacağı vurğulanıb.

Qeyd edək ki, bu, Norveçin son 18 ildə həyata keçirdiyi ilk hasilat azaltmasıdır.