SƏNAYE

30 Aprel

Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb

OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə etmiş, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib.
Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilmiş və təklifin icrasının təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Neft Şirkətinə həvalə olunub.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikası, OPEC+ iştirakçısı kimi görüşdə iştirak etmiş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb.

Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlamışdır.