SƏNAYE

29 Aprel

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft məhsullarının ixracı üzrə liderliyini qoruyub

2020-ci ilin I rübündə 18 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $242,988 milyon təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd olunub 

"2020-ci ilin yanvar-mart aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($33,6 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($31,4 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.