SƏNAYE

29 Aprel

“Gazprom” -un gəlirləri 2020-ci ildə azala bilər

Rusiyanın energetika nəhəngi “Gazprom” qaz ehtiyatlarının kəskin şəkildə azalması səbəbindən cari ildə gəlirlərin azalması ilə üzləşə bilər.

Fins.az xəbər verir ki, bu barədə, şirkətin baş icraçı direktorunun müavini Vitaliy Markelov açıqlamasında bildirib. O həmçinin şirkətin çətin dövrlərdən keçdiyini də vurğulayıb.

“Gazprom” şirkəti tərəfindən aprel ayı ərzində Avropaya satılan qaz həcmi 40% həcmində azaldılıb. Belə ki, mart ayının ilk 26 günündə Avropaya 2.6 milyard kubmetr qaz satılmasına baxmayaraq, aprel ayının müvafiq dövründə aşağı qiymətlər səbəbindən ixrac həcmi 1.4 milyard kubmetr səviyyəsinə endirilib.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətdə “Gazprom”un təbii qaz ixracından gəlirləri 51.3% azalaraq 5.05 milyard dollara düşüb.