SƏNAYE

28 Aprel

Neftin bahalaşacağını gözləməyin - Nazir

Neftin qiymətində qısa müddətdə ciddi artım gözlənilməməlidir.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

"Enerji Siyasəti” dərgisi üçün mövzu ilə bağlı məqalə qələmə alan nazir buna səbəb olaraq tələbdən artıq tədarükü göstərib. O bildirib ki, OPEC və OPEC+ ölkələri arasındakı razılıq sayəsində yalnız ilin ikinci yarısında məhdudiyyətlərin aradan qaldırılması ilə neftin qiymətində balans yarana biləcək.

Razılaşmanın effektinin qlobal iqtisadi böhrandan çıxıb-çıxmayacağına bağlı olduğunu bildirən nazir bu çərçivədə iqtisadi fəaliyyətləri artırmağa başlayan Çin məsələsində müsbət düşündüklərini vurğulayıb.

Qeyd edək ki, OPEC və OPEC+ ölkələri arasındakı razılıq əsasında 1 maydan etibarən ümumi xam neft istehsalı 2 ay ərzində gündəlik 9,7 milyon barel azalacaq.