SƏNAYE

09 Aprel

“Siemens”in Voronejdəki törəməsi Azərbaycanda yeni yarımstansiyanı transformatorlarla təchiz edəcək

2020-ci ilin sonunadək “Siemens Transformatorları” MMC (Voronej) Azərbaycanın enerji şəbəkəsi üçün Bakıya 4 güc transformatoru ixrac edəcək. Bu barədə MMC-dən məlumat verilir.

“Abşeron Regional Elektrik Şəbəkə” MMC və “Siemens Transformatorları” elektrik güc transformatorının təchİzatına dair müqavilə imzalayıb. İlin sonuna qədər Voronejdəki zavod hər birinin gücü 250 MBA olan 4 güc transformatoru istehsal edərək Azərbaycana ixrac edəcək”, - məlumatda deyilir.

Zavodun məlumatına görə, yeni transformator avadanlığı 330/220/110 kV gərginliyə malik olan hazırda inşa edilən “Qobu” yarımstansiyasında quraşdırılacaq. Yaxınlıqda gücü 385 MVt-a qədər olan elektrik stansiyası tikiləcək. “Qobu” yarımstansiyasının 2021-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

“Azərbaycanın enerji təchizatı siseminin etibarlığı və sabitlyinin artırılmasına töhfə vermək imkanından məmnunuq. Bu, ölkədə ilk layihəmiz deyil. Səmərəli əməkdaşlığımızın davam edəcəyinə ümid edirik”, - məlumatda “Siemens Transformatorları” MMC-nin baş direktoru İqor İvanovun sözlərindən sitat gətirilir.

“Siemens Transformatorları” MMC Almaniyanın “Siemens” şirkətinin 100%-lik törəmə müəssisəsidir. 2012-ci ilin fevral ayında zavodun Voronejdə açılışı olan və RF ərazisində müvəkkil nümayəndə qismində fəaliyyət göstərir.