SƏNAYE

07 Aprel

Energetika Nazirliyindən Azərbaycanın OPEC+ nazirlərinin görüşündə iştirakıyla bağlı AÇIQLAMA

Azərbaycan neft bazarının sabitləşdirilməsi məsələsində neft hasil edən ölkələrin əməkdaşlıq formatının genişləndiriləcəyinə ümid edir. Bu barədə  Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

"Neft bazarının sabitləşdirilməsi prosesinə OPEC+ formatına daxil olan ölkələrlə yanaşı, neft hasil edən digər dövlətlərin də qoşulması vacibdir. Biz gözləyirik ki, OPEC+ ölkələri nazirlərinin aprelin 9-da keçirilməsi planlaşdırılan görüşü Əməkdaşlıq Bəyannaməsi çərçivəsindən kənarda qalan ölkələrin iştirakı ilə keçirilən ilk görüş olacaq, lakin neft bazarının tənzimlənməsi prosesində əməkdaşlıq formatının genişləndirilməsinə xidmət edəcək", - deyə Z.Əliyeva qeyd edib.

"Bir daha vurğulamaq istəyirəm ki, biz ümid edirik ki, OPEC+ ölkələri bu görüş kimi fürsətdən istifadə edərək neft bazarı üçün əhəmiyyətli qərarların qəbul edilməsi istiqamətində addımlar atacaq", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Daha əvvəl Z.Əliyeva qeyd etmişdi ki, OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Bununla da neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər

(c)"İnterfaks-Azərbaycan"