“SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir”.
Fins.az xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% olub:
“SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78 faiz təşkil edir”.
M.Məmmədov qeyd edib ki, SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il 10 mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.
©report