Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.
Energetika Nazirliyinin verdiyi məlumata görə, nazir martın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşündə iştirak edəcək.
“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək və martdan sonrakı dövr üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.