SƏNAYE

28 Fevral

Azərbaycan qızıl ixracını bir ildə 68%-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 16,3 mln ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Hesabatda deyilir ki, bu, 2019-cu ilin yanvar ayının nəticələri ilə müqayisədə 6,6 mln dollar və ya 68,4% çoxdur.

2018-ci ilin yanvar ayı ilə müqayisədə isə Azərbaycanın xarici ölkələrə qızıl ixracı 0,9 mln ABŞ dolları və ya 5,23% azdır.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 17,2 mln ABŞ dolları dəyərində qızıl ixrac edilib. 

©Report