SƏNAYE

28 Fevral

Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəliri-MƏBLƏĞ

 ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil etmişdir.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki,valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil etmişdir.

Ötən il ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat təşkil etmişdir.