SƏNAYE

27 Fevral

Neft Fondunun rəhbəri koronavirusun Çin yuanı investisiyasına təsirinə münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Çin yuanında ifadə olunan aktivlərə investisiyası 3 mlrd. Çin yuanından 2019-cu ilin sonuna 3,5 mlrd. Çin yuanına bərabər olub.

 Bunu ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

“Əvvəlcə onu qeyd etmək istərdim ki, vəsaitlərin gəlirliliyinin ölçülməsi portfeldəki aktivlərin ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır, eyni zamanda, ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir. Onu da vurğulamaq istərdim ki, Neft Fondunun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir. Bildiyiniz kimi, ARDNF 2015-ci ilin iyun ayından etibarən Çin yuanında ifadə olunan aktivlərə investisiya edir və bu investisiyaların həcmi 3 mlrd. Çin yuanı təşkil edib. Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 2019-cu ilin sonuna 3,5 mlrd. Çin yuanına bərabər olub”,- o qeyd edib.

O həmçinin qeyd edib ki, Dövlət Neft Fondunun vəsaitlərinin bazar dəyəri müvafiq qanunvericiliyə əsasən investisiya portfeli üçün baza valyutası olan ABŞ dollarında da təqdim olunur: “Öncələr də vurğuladığımız kimi, məzənnə dəyişkənliyi hər bir aktiv növü üzrə onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı). Bununla da aktivlərin mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhfəsi nəticəsində Çin yuanında ifadə olunan aktivlərə investisiyaların başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilib.

Bir daha vurğulamaq istərdim ki, ARDNF-in vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək zərərin fondun vəsaitlərinin artım tempinin dayanıqlılığına təhlükə və ya Neft Fondu üçün birbaşa itki hesab edilməsi reallığı tam şəkildə əks etdirmir