SƏNAYE

28 Yanvar

İlin sonunadək Bolqarıstan Rusiyadan nəql olunan qazın 50%-ni LPG və Azərbaycan qazı ilə əvəz edəcək

İstehlak olunan qazın təxminən bütün həcmini –illik təqribən 3 milyard kubmetri Rusiyadan nəql edən Bolqarıstan ilin sonunadək qazın 50%-ni digər mənbələrdən əldə etməyi planlaşdırır. Bolqarıstan Energetika Nazirliyi nazir Temenujka Petkovanın sözlərindən sitat gətirir.

ABŞ-a işgüzar səfər zamanı Petkova ABŞ Enerji Katibinin muavini Mark Menezes, ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski və digər şəxslərlə görüşüb.

“Təbii qaza gəlincə, ölkəmiz mənbələrinin və ölkə üşün marşrutların şaxələndirilməsi üzrə işi davam etdirəcək. Bolqarıstam və ABŞ maye qaz (LPG) sahəsində əməkdaşlıq üşün geniş imkanlara malikdir. Nazir Petkovanın sözlərinə görə, cari ilin sonunadək ölkədə təbii qaz istehlakının 50%-i şaxələndiriləcək”, - məlumatda qeyd olunur.

Petkova bildirib ki, ölkədə 3 milyard kubmetr həcmində istehlak olunan təbii qazın bütün həcmindən yarısı Azərbaycandan qaz nəqli (TANAP qaz kəməri ilə) və LPG nəqli hesabına şaxələndiriləcək

(c) İnterfax Azərbaycan