“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın “TEPSCO” dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
ASC-dən verilən məlumata görə,a Bakıda inşa edilən “Şimal-2” elektrik stansiyası layihəsinin meneceri Sato Mitsuyuki və “TEPSCO” şirkətinin biznesin inkişafı üzrə meneceri Yaşuşi Şinoqinin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.
Görüşdə “Azərenerji” ilə “TEPSCO” əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və B.Rzayev N.Taketaniyə təşəkkürnamə təqdim edib.