SƏNAYE

28 Yanvar

Qlobal polad istehsalının illik həcmi 2 milyard tona yaxınlaşıb

2019-cu ildə qlobal polad istehsalının həcmi 3,4% artaraq 1,87 milyard tona çatıb.

 

Bu barədə Dünya Polad Birliyinin (Worldsteel) hesabatında bildirilir. 

 

Sənəddə deyilir ki, istehsalın həcminə görə Çin və Hindistan liderdir. Bu ölkələr ötən il istehsal göstəricilərini müvafiq olaraq 8,3% və 1,8% artıraraq 996 milyon tona və 111 milyon tona çatdırıblar. Əvəzində digər ölkələr - Yaponiya və Cənubi Koreya istehsal göstəricilərini müvafiq olaraq 4,8% və 1,4% azaldaraq 99 milyon tona və 71 milyon tona endirib. 

 

hesabat dövründə polad istehsalının həcmi Avropa İttifaqında 4,9% azalaraq 159 milyon ton, ABŞ-da 1,5% artaraq 88 milyon ton, Rusiyada isə 0,7% azalaraq 72 milyon ton təşkil edib.

 

© "Report"