6 mart 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər ASC-yə yeni səhmdarın daxil olmasının təsdiq edilməsi və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmasıdır.
“Zəyəm Texnologiyalar Parkı” Şəmkir rayonu, Zəyəm qəsəbəsində fəaliyyət göstərir.
“Zəyəm Texnologiyalar Parkı” ASC-nin 234 səhmdarı var. ASC uzun illər "ATA Holdinq" şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib.