Azərbaycan Çində koronavirusun yayılması ilə bağlı tələbatın azalması qorxusu ilə dünyada neftin ucuzlaşan qiymətinin OPEC+ tərəfindən stabilləşməsinə yönələn istənilən tədbirlərini dəstəkləyəcək. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva bildrib.
“Epidemiyanın neft bazarına mənfi təsiri zamanı OPEC+ bu təsirləri aradan qaldırmağa qadirdir. Öz tərəfindən Azərbaycan OPEC+ formatının iştirakçısı kimi neft bazarında stabilliyin qorunmasında maraqlıdır, bu əməkdaşlıq çərçivəsində atılan istənilən addımları dəstəkləməyə hazırdır”, - Əliyeva bəyan edib.