SƏNAYE

27 Yanvar

Caspian European Club Azərbaycan CEO Brunch-ların keçirilmə ənənəsin bərpa edib

Caspian European Club Azərbaycan, Gürcüstan və Qazaxıstanda CEO Brunch-ların keçirilmə ənənəsin bərpa edib.

Yanvarın 25-də Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan “Pen” Klubunun Prezidenti, “Neftçi” PFK-nin Müşahidə Şurasının sədri, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub.

“Çingiz Abdullayev Caspian European Club-un fəxri üzvüdür və məhz buna görə CEO Brunch Baku isti və dostluq şəraitində keçib. CEO Brunch Baku çərçivəsində şirkətlərin top-menecerləri və nümayəndələri, Caspian European Club-un üzvləri onları maraqlandıran suallar ünvanlamaq imkanı əldə edib və böyük maraqla hamımızın sevimli yazıçısının həyat hekayələrini dinləyiblər”, - deyə Telman Əliyev söyləyib.  

CEO Brunch-ın (gecikmiş səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət qurmaq və öz partnyorlarını daha yaxından tanımaq imkanı yaradır. Bir çox top-menecerlərin CEO Brunch-a öz ailə üzvləri ilə birgə qatılması ikiqat xoş olub ki, bu da Caspian European Club-un fəlsəfəsini - böyük ailə olduğunu bir daha vurğulayır.

CEO Brunch-ın sonunda ən yaxşı sualların müəlliflərinə Çingiz Abdullayevin şəxsi imzası ilə kitabları hədiyyə olunub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.