SƏNAYE

27 Yanvar

Transneft SOCAR-ın 2020-ci ildə Bakı-Novorossiysk ilə ixrac üçün bəyan etdiyi neftin həcmini AÇIQLAYIB

SOCAR şirkəti (ARDNŞ) 2020-ci ildə Bakı-Novorossiysk boru kəməri 1,3 milyon ton neft nəql ixrac etməyi planlaşdırır. Bunu Rusiyanın “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbiat katibi İqr Demin  bəyan edib.

“2020-ci il üçün Azərbaycan tərəfinin Bakı-Novorossiysk boru kəmər neft nəqlinin bəyan etdiyi həcm 1,3 milyon ton təşkil edir. Bizim aylıq dəqiq tərtib olunmuş planlarımız yoxdur, ehtiyat sahibi həmin neftin boru kəməri ilə necə nəql edəcəyini özü müəyyən edir”, - Demin məlumat verib.

Eyni zamanda, o qeyd edib ki, sistem işlək vəziyyətdədir, nəql imkanı mövcuddur.

Öncə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib ki, Hazırda Bakı-Novorossiysk kəməri ilə Azərbaycan nefti nəql edilmir. “Bununla belə, SOCAR gələcəkdə bu kəmərdən istifadə mümkünlüyünü istisna etmir. Hazırda ARDNŞ özünün neft həcmlərini əsasən BTC ilə ixraca yönəldir”, - o qeyd edib.

Əhmədov Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılması səbəbləri barədə məlumat verməyib. O yalnız bildirib ki, “əldə olunan məlumata əsasən, həmin boru kəmərində bəzi təmir-profilaktik işlər aparılır”.

Xəbər verildiyi kimi, Energetika Nazirliyindən məlumat verilib ki, 2019-cu ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 824,4 min ton neft nəql edib, bu da 2018-ci ilin göstəricisindən 36,5% azdır.

2019-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 26 milyon 660,1 min ton Azərbaycan nefti nəql olunub (azalma 2,8%), həmçinin ARDNŞ 604,1 min ton neft nəql edib.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur