“Azərişıq” ASC “Facebook” və “Instagram” sosial şəbəkələr vasitəsilə vətəndaş sorğularının qəbuluna başlayıb.
ASC-dən verilən məlumata görə, vətəndaşlar qeyd olunan sosial şəbəkələrdə ASC-nin rəsmi internet səhifəsi vasitəsilə onları maraqlandıran sualları ünvanlaya, “Azərişıq”la bağlı bütün məlumatları əldə edə bilər.
Bundan əlavə, müraciətlər “199” Çağrı Mərkəzi vasitəsilə də qəbul olunur.
©Apa