2019-cu il ərzində Azərbaycanda 6,192 mln. ton neft emal edilib.
Bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.
Neftin emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 min ton çox olub.
Qeyd edək ki, neft SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda emal olunur. Bu zavod regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
© “Report”