“AzerGold” QSC-nin istehsal etdiyi qızıl və gümüş sikkə və külçələrin onlayn qaydada satışı mümkün olacaq
Fins.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin -dən məlumat verilib
Məlumatda bildirilir ki, "Gələcəkdə “AzerGold” QSC-nin istehsal etdiyi qızıl və gümüş sikkə və külçələrin onlayn qaydada satışı mümkün olacaq. Bu sahədə müvafiq işlər görülür"
Qeyd edək ki, 22 fevral 2019-cu ildə "AzerGold” QSC Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələr təqdim edilib.Bu layihəni hazırlayan zaman, “AzerGold” QSC üçün gəlirlikdən daha çox ölkənin qızıl hasilatçısı olaraq yerli və beynəlxalq bazarlarda tanıtmaq, “Made in Azerbaijan” brendini təşviq etmək, seqmetin ölkədə inkişafına nail olmaq, incəsənətimizi, tariximizi və bu günümüzü təbliğ etmək məqsədlərini prioritet olaraq müəyyən edib.
Müəllif: Aynur Qəniyeva