2019-cu ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 2018-ci ilə nisbətən 5% artaraq 771,7 milyon manat təşkil edib.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ölkədə tikinti əhənginin, hörmə üçün hazır beton qarışığının, tikinti kərpicinin istehsalı artıb, sementin istehsalı, betondan yığma tikinti konstruksiyalarının, tikinti gipsinin istehsalı isə azalıb.
Məhsul növləri |
2019-cu ilin yanvar-dekabr aylarında istehsal olunub |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton |
3 996,2 |
98,6 |
77,8 |
Tikinti gipsi, min ton |
14,2 |
34,9 |
2,1 |
ondan əmtəəlik |
14,1 |
146,8 |
2,1 |
Tikinti əhəngi, min ton |
43,1 |
139,7 |
3,8 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton |
83,1 |
129,6 |
46,7 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
49,3 |
57,8 |
5,6 |
Asfalt, min ton |
418,8 |
144,3 |
- |
Tikinti kərpici, min kub metr |
440,3 |
128,2 |
14,5 |
Hörmə üçün hazır beton qarışığı, min ton |
1 815,6 |
128,9 |
- |
Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton |
37 811,0 |
112,1 |
- |
©Apa