2019-cu ildə Azərbaycanda neft məhsullarının istehsalı 2018-c illə müqayisədə 3,2% - 3 milyard 129,2 milyon manata qədər azalıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Hesabat dövründə 246,9 min ton birbaşa qovulan benzin (artım 20,7%), 2 milyon 112,8 min ton dizel yanacağı (artım 8%), 126,4 min ton soba mazutu (artım 18,7%) istehsal edilib.
2019-cu ildə avtomobil benzini istehsalında 2,1% - 1 milyon 161,2 min tonadək, kerosin istehsalında 4.2% - 591,2 min tonadək, sürtkü yağı istehsalında 78,5% - 25,4 min tonadək, neft bitumu istehsalında 10,2% - 259,9 min tonadək, neft koksu istehsalında 2,3% - 238,3 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.