Azərbaycan 2019-cu ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 10,4 mlrd. kubmetrdən çox qaz nəql edib ki, bu da 2018-ci illə müqayisədə 24,2% çoxdur.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 27,5 mlrd. kubmetrdən çox qaz nəql edilib və 2018-ci ilin göstəricisinə nisbətən 17,1% artım qeydə alınıb.
Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 37,9%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.
©Apa