SƏNAYE

22 Yanvar

Azərbaycanda sement istehsalı azalıb

2019-cu ildə Azərbaycanda 3 milyon 396,2 min ton sement istehsal edilib.

 

Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə sement istehsalı 1,4% azalıb.

 

Hesabatda qeyd edilib ki, tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 771,7 milyon manat təşkil etmişdir. Tikinti əhənginin istehsalı 39,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,9 faiz, tikinti kərpicinin istehsalı 28,2 faiz artmış, betondan yığma tikinti konstruksiyalarının istehsalı 42,2 faiz, tikinti gipsinin istehsalı 65,1 faiz azalmışdır.