SƏNAYE

22 Yanvar

“LUKOIL” Azərbaycanda iki yatağın işlənilməsində iştirak edəcək

Rusiyanın “LUKOIL” şirkəti Azərbaycanda “Naxçıvan” və “Qoşadaş” yataqlarının birgə işlənilməsində iştirak edəcək.

Fins.az xəbər verir ki, bu barədə  çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Davosda “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü zamanı müzakirə  aparılıb. 

“Əliyev və Ələkbərov görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə etdilər. Görüş zamanı müvafiq qərar qəbul edildi”, - məlumatda deyilir.

Həmçinin, tərəflər perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.