Rusiyanın “LUKOIL” şirkəti Azərbaycanda “Naxçıvan” və “Qoşadaş” yataqlarının birgə işlənilməsində iştirak edəcək.
Fins.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Davosda “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü zamanı müzakirə aparılıb.
“Əliyev və Ələkbərov görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə etdilər. Görüş zamanı müvafiq qərar qəbul edildi”, - məlumatda deyilir.
Həmçinin, tərəflər perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.