SƏNAYE

21 Yanvar

Lukaşenko: Belarus dünya qiymətləri ilə Azərbaycan neftini almağa hazırdır

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, respublika Rusiyadan knarda dünya qiymətləri ilə neft almaq və ondan əldə olunan neft məhsullarının reallaşdırılmasının gəlirliliyini təhlil etmək niyyətindədir.

“Biz praktikada bunun nə ilə nəticələnəcəyini görməliyik. Şərqdən qardaşlar bunun çox baha olacağı ilə qorxudurlar. Biz də hesablamadan, yoxlamadan düşünürük ki, öhdəsindən gəlməyəcəyik. Bu səbəbdən, fərq etməz, istər Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, Amerika neftinin dünya qiymətləri ilə alınmasına dair qərar qəbul etdik”, - Lukaşenko çərşənbə axşamı hökumət ilə müşavirədə bildirib.

BelTA dövlət agentliyi prezidentin sözlərindən sitat gətirir