Azərbaycanda tütün və tütün məmulatlarının istehsalının artırılması üçün tədbirlər görüləcək.
Fins.az-ın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə 2020-ci ili sonunadək hər rüb tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlər görmək və nəticələri barədə hesabat təqdim etmək tapşırılıb