SƏNAYE

15 Yanvar

Azərbaycanda “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlandı

SOCAR və BP şirkətləri elan edir ki, 13 yanvar 2020-ci il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlanılıb

Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb

Məlumatda bildirilir ki, “Şəfəq-Asiman” bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) SOCAR və BP şirkətləri hər biri 50% olmaqla bərabər iştirak payına malikdirlər. Layihənin kəşfiyyat mərhələsinin əməliyyatçısı BP şirkətidir. Quyunun qazılmasını SOCAR-ın Caspian Drilling Company şirkəti həyata keçirir.

SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və onun qazılması 2011-ci ildə Azərbayca Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmiş sazişin şərtlərinə uyğundur.

Müəllif: Aynur Qəniyeva